• 22 Sentyabr 2024 17:36

“Telegram” istifadəçilərinə XƏBƏRDARLIQ EDİLDİ

Pulsuz “Telegram Premium” abunəsi təklif edən proqramda iştirak istifadəçi məlumatlarının təhlükəsizliyinə yol aça bilər. 

Tacxeber.com xəbər verir ki, bu barədə “Skynews” məlumat yayıb.

Məlumata görə, bu təkliflə birdəfəlik şifrə alanlar, göndərənin telefon nömrəsini görəcəklər.

“Telegram”dan bildirilir ki, messencerin administrasiyası proqram iştirakçısının telefon nömrəsindən xəbərdar olan istifadəçilər tərəfindən törədilən hər hansı narahatlıq, təqib və ya zərərə görə məsuliyyət daşımır.

Tacxeber.com

Oxşar xəbərlər