Şvartsenegger ürəyindən dördüncü dəfə əməliyyat olundu
76 yaşlı Hollivud ulduzu Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.
Tacxeber.com xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Zarafat edən sənətçi özünü “Arnold’s Pump Club”a bənzədib.
Arnold “Əvvəlki əməliyyatdan bəzi çapıq toxuması ürək döyüntüsünü nizamsız etdi” deyə, əlavə edib.
Bir neçə ildir ki, həkimlər aktyorun sağlamlığını ciddi şəkildə izləyirlər və sonda ürək stimulyatoru quraşdırmaq qərarına gəliblər. Bildirilib ki, Arnold özünü yaxşı hiss edir. O, ötən cümə günündən ayağa qalxıb.