Bu ölkə prezidenti 70 min şəxsi işdən çıxarır
Argentina hakimiyyəti yaxın gələcəkdə 70 minə yaxın dövlət işçisini işdən çıxarmağı planlaşdırır.
Tacxeber.com xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley deyib.
“50 min dövlət işçisini işdən çıxardıq, onların müqavilələrinə xitam verildi. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək”, – o bildirib.