Rusiyalı “Crocus”la bağlı statusuna görə həbs edildi
Sankt-Peterburq məhkəməsi Nikolay Konaşenkonu “Crocus City Hall”a hücumla bağlı şərhlərinə görə həbs edib.
Sankt-Peterburq sakini terrorizmə haqq qazandırmaq ittihamı ilə mayın 25-dək həbs edilib.
41 yaşlı dekorator Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir müddət sonra Sankt-Peterburq polisinin mətbuat xidməti həmin şəxsin yazılarına görə üzr istədiyi videonu yayıb.