• 23 Noyabr 2024 00:38

Kəramət də Manaf Ağayevdən “kömək istədi”

Dünəndən bəri istər yerli mətbuatın, istərsə də sosial medianın gündəm mövzularından biri də müğənni-aşıq qarşıdurması olub. Bilməyənlər üçün deyək ki, Aşıq Mübariz və müğənni Pünhan bir-birinin ünvanına xoşagəlməz sözlər işlədib.

 

İş o yerə çatıb ki, Pünhan Piriyev sonda videomüraciət yayaraq həyatının təhlükəsizliyi ilə bağlı müvafiq orqanlardan kömək istəyib.

 

“Kişi belə etməz”, “onda çatışmır”, “kişiliyimə, qeyrətimə and olsun”, “dizlərini yerə ataram”, “qorxmuram səndən” və s kimi sözlər mübahisədə diqqət çəkib.

 

Şou-biznes nümayəndələri arasında yaranmış qalmaqal səngimək bilmədiyi zamanda müğənni Manaf Ağayev hadisəyə müdaxilə etmək qararına gəlib. Özünün dediyinə əsasən, ona zəng edib məsələyə ağsaqqal kimi münasibət göstərməsini istəyiblər.

 

Sənətçi tərəfləri medianın iştirakı ilə görüşə çağırıb və müzakirənin bir hissəsi ictimaiyyətə təqdim olunub, bir hissəsi isə kamera arxasında gizli qalıb. Nəticədə aşıq-müğənni qarşıdurmasına son qoyulub, onlar Manaf Ağayevin ağsaqqallığını və vasitəçiliyini qəbul edərək barışıblar. Arada olan bütün söz-söhbətləri unudublar.

 

Görüntülər sosial mediada birmənalı qarşılanmayıb. Onların arasında olan ağır söz davasından sonra polisə müraciətə, ardınca isə Manaf Ağayevin gərginliyə kamera önündə vasitəçi kimi müdaxilə etməsinə qeyri-ciddi münasibət göstərənlər də olub.

 

Tərəflərin barışığına isə yazıçı Kəramət Böyükçöl özünəməxsus şəkildə fikir bildirib. O, Manaf Ağayevdən kömək istəyərək siyasətçi Tural Abbaslı ilə barışmasında vasitəçi olmasını rica edib.

 

“Bizdən sonra da Rusiya ilə Ukraynanı barışdırarsınız, sizin sözünüzdən çıxmazlar. Deyin, ayıbdır, bir-birinizi qırmayın, dünya sizə baxır”, – o yazıb.

Tacxeber.com

Oxşar xəbərlər