• 22 Noyabr 2024 13:10

Taksilərdə videokameralar quraşdırılacaq – Tarix

Taksi minik avtomobilləri ABS əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

 

Bu Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Qərara əsasən, taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.

Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Tacxeber.com

Oxşar xəbərlər