• 23 Noyabr 2024 05:52

Mənzil bazarında SON DURUM – “Bu evlərə kirayəçi tapılmır”

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı ilə bağlıdır. Yəni kirayə üçün müraciət edənlərin sayı kirayə verənlərdən xeyli az oldu”.

 

Bu sözləri açıqlayan daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, insanlar əsasən 500 manatdan aşağı evlərə üstünlük verirlər:

 

“Hazırda 300-350 manatlıq evlərə tələbat daha çoxdur. Qiyməti bundan yuxarı olan, yəni 600 manatdan çox evlərə isə kirayənişin tapmaq hələ çətindir. Buna görə də əmlakların qiymətlərində müəyyən qədər enmələr baş verib”.

 

Onun sözlərinə görə, metrostansiyalara yaxın ərazilərdə 1 otaqlı evlər 300-350 manat arasında dəyişir:

 

“2 otaqlılar 400-450 manatdan, 3 otaqlılar isə 500 manatdan başlayır. Bu qiymətlər köhnə tikili binalara aiddir. Yeni tikililərdə isə qiymətlər mənzilin kvadrat-metrindən asılı olaraq dəyişir. Belə ki, bir otaqlı mənzillər təxminən 400 manatdan, 2 otaqlılar 600 manatdan, 3 otaqlılar isə 700 manatdan başlayır. Səbayıl, Nərimanov və Nəsimi rayonlarında kirayə qiymətləri yüksəkdir”.

 

Müsahibimiz qeyd edib ki, bu il də sərhədlərin bağlı olması əlaqədar olaraq bölgələrdəki sutkalıq evlərin qiymətində artım baş verməyib:

 

“Adətən Novruz bayramı ərəfəsində bu evlər 100 manata qədər bahalaşırdı. Lakin hazırda onların dəyəri 30 manatdan başlayır və belə evləri tapmaq daha rahatdır. Bayram günlərində turistlərin sayının əvvəlki illərlə müqayisədə az olması belə evlərin yarıdan çoxunun boş qalması ilə nəticələndi”.

Tacxeber.com

Oxşar xəbərlər