“Sağlam adam mütləq oruc tutmalıdır, tutmasa…” – Şeyxin müavini
Məlumdur ki, bu il 11 mart tarixi Ramazan ayının ilk gününə təsadüf etdi. Artıq bu gün isə Ramazan ayının 19-cu günüdür. Yəqin ki, bir çoxumuz ömrümüzdə bir dəfə yanlışlıqla tutduğumuz orucu pozmuşuq. Bəs, bilərəkdən və bilməyərəkdən pozulan orucun hansı günahı var?
SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib.
Onun sözlərinə görə, bilərəkdən orucu pozmaq həm günahdır, həm də onun cəriməsi var: “O cəriməyə şəffarə deyirlər”.