• 24 Noyabr 2024 15:52

“Aşıq Zülfiyyə o sözü deyibsə, çox böyük…” – Tacir Şahmalıoğlu 

“Mənim Zülfiyyə xanımla münasibətim yaxşıdır, amma o, haqqımda bu sözü deyibsə, çox böyük səhv edib. Mən bununla maraqlanaram”. 

 

Bunu Bakupost.az-a açıqlamasında müğənni Tacir Şahmalıoğlu Aşıq Zülfiyyənin “Tacirlə yol çıxmaram” açıqlamasına münasibət bildirərkən deyib.

 

T.Şahmalıoğlu aşıq Zülfiyyə İbadovayla Moskvada bir neçə məclisdə iştirak etdiklərini bildirib:

 

“Biz Zülfiyyə xanımla dəfələrlə toylarda olmuşuq. Mən onunla yola çıxmamışam. Bəlkə mənimlə yola çıxmadığına görə belə deyib. Zülfiyyə xanım Manaf Ağayevlə Yusif Mustafayevi qoyub ancaq mənim haqqımda belə deyər. Özünü onların qarşısında pis etməz. Eybi yoxdur, canı sağ olsun”.

 

Qeyd edək ki, “Xəzər axşamı” verilişinin qonağı olan Aşıq Zülfiyyə İbadova “Kiminlə yol çıxmazsan: Manaf Ağayev, Yusif Mustafayev və Tacir Şahmalıoğlu” sualına “Tacirlə yola çıxmaram, Manaf və Yusiflə yola çıxmışıq” cavabı verib.

Tacxeber.com

Oxşar xəbərlər