Xabi Alonso özü açıqladı: “Doğrudur”
“Bayer”in baş məşqçisi Xabi Alonso Leverkuzen təmsilçisində qalacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Bu gün insayder Fabrizio Romano mütəxəssisin klubdan ayrılmayacağı haqda paylaşım etmişdi.
Xabi Alonso öz açıqlamasında bu məlumatı təsdiqləyib: “Bayer”in idarə heyətinə, azarkeşlərə, oyunçulara minnətdaram. Mənə elə gəlir ki, birlikdə davam etmək ən yaxşı yoldur. Xəbərlər doğrudur. Mən bu barədə oyunçulara da məlumat vermişəm”.