• 24 Noyabr 2024 04:58

Həyat yoldaşı generalı məhkəməyə verdi – FHN-də növbəti qalmaqal

Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib. 

 

Tacxeber.com unikal-a istinadla xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

 

Xatırladaq ki, Faiq Tağızadə  ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.

Tacxeber.com

Oxşar xəbərlər