• 24 Noyabr 2024 06:45

Şokolad kimi xoşbəxt edir, idman kimi arıqladır – Acı bibərin inanılmaz faydası

Mütəxəssislər deyirlər ki, hər gün 1 ədəd acı bibər yemək lazımdır. Bu tərəvəz tərkibindəki vitaminlər, kalsium və kalium sayəsində ən sağlam qidalar arasındadır.

 

Tacxeber.com xəbər verir ki, orqanizmin beta-karotin ehtiyacını tək qida ilə təmin edən acı bibəri gündə bir dəfə yemək kifayətdir.

 

 C vitamini ilə zəngin olan bu tərəvəz orqanizmin dözümlülüyünü artırır və bədəninizi qripə qarşı qoruyur.

 

Təbii tərkib hissəsi kapsaisin olan acı bibər ağıza toxunduqda yanma hissi yaradır. Bu hiss sayəsində sinirlər yumşalır və beyində endorfin ifraz olunur. Beyində ifraz olunan endorfin orqanizmdə ağrı kəsici təsir yaradır.

 

Avropada aparılan araşdırmalarda acı bibər yeməyin pis xolesterinin azaltdığı müşahidə edilib.

 

Tərkibində C vitamini, beta karotin və antioksidantlar olduğu üçün orqanizmi xərçəng və infarkt riskinə qarşı qoruyur. Qan dövranını sürətləndirməkdə təsirli olan acı bibər insult riskini də minimuma endirir.

 

Mədədəki mikrobları öldürməkdə təsirli olan acı bibər mədə xəstəliklərində ən çox rast gəlinən xoraların irəliləməsinin qarşısını alır.

 

Acı bibər həm də arıqlamaq üçün yaxşı köməkçidir. Qəbizliyin qarşısını almaqda təsirli olan acı bibər maddələr mübadiləsini sürətləndirir.

 

Acı bibər bəlğəm çıxarır və xroniki bronxitdə təsirlidir.

 

Bağırsağın nizamlı işləməsini təmin edir.

 

Yağ yandırma xüsusiyyəti sayəsində asanlıqla arıqlamanıza kömək edir.

 

Qan dövranını sürətləndirir.

 

Qrip mikrobunun qarşısını alaraq soyuqdəyməyə tutulmağınızın qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər