• 27 Noyabr 2024 21:27

Fəvvarələr meydanındakı qanunsuz tikinti sökülüb.

Bakı şəhəri Səbail rayonu Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olmuş sorğuya əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən xəbərə görə, sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər