Antarktikada Fransa böyüklüyündə buzlaq irəli-geri hərəkət edir
Sent-Luisdəki Vaşinqton Universitetinin amerikalı geoloqları Antarktidadakı ən böyük buz şelfinin Ross buzlaqının hər gün 6-8 santimetr irəli-geri hərəkət etdiyini müəyyən ediblər.
Tacxeber.com Qaynarinfo”ya istinadla xəbər verir ki, tədqiqat “Geophysical Research Letters” (GRL) elmi jurnalında dərc olunub.
Ross buzlağı Fransa ərazisi ilə müqayisə edilə bilən nəhəng üzən buz sahəsidir. Alimlər müəyyən ediblər ki, belə buz kütləsinin hərəkətliliyi Antarktika qitəsindən okeana doğru hərəkət edən buz axınlarının təsiri ilə bağlıdır.
“Bu qəfil hərəkətlər buz şelfində buz zəlzələlərinə və çatlara səbəb ola bilər”, deyə tədqiqat müəllifi professor Duq Vins bildirib.