Serbiyada naməlum uçan obyekt aşkarlandı, Müdafiə Nazirliyi hərəkətə keçdi
Serbiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Belqraddan 100 km aralıda yerləşən Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.
Tacxeber Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə radarları saat 10:39-da (Bakı vaxtı ilə 13:39) Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb:
“Serbiya Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandar Vuçiçin əmrinə əsasən bir cüt növbətçi-yaxalayıcı MiQ-29 havaya qaldırılıb, növbətçi hava hücumundan müdafiə sistemləri hava məkanına nəzarəti davam etdirib”.