• 24 Noyabr 2024 12:41

Kliçko: “Ukrayna sülh müqabilində heç bir ərazisini verməyəcək”

Kiyevin meri Vitali Kliçko Ukraynada münaqişənin dondurulması və ərazi güzəştləri ideyasına qarşı çıxıb.

 

“Bild am Sonntag” qəzetinə müsahibəsində o bildirib ki, “bu dondurulma ideyası yanlış fikirdir, onun əvəzində daha çox dəstəyə ehtiyacımız var. Biz heç bir ərazini Rusiyaya verməyəcəyik. Belə kompromis ola bilməz. Raket hücumları hələ də artmaqdadır, bizə təcili olaraq yeni “Patriot” raketləri və insanları qorumaq üçün yeni imkanlar lazımdır”.

 

Ukraynalı siyasətçi hesab edir ki, Rusiyanın Kiyevə hücum təhlükəsi hələ də mövcuddur və bu, Rusiya Federasiyası üçün “məqsəd olaraq qalır”.

 

“Biz bunu bilirik və iki il əvvələ nisbətən mümkün yeni hücumlara daha yaxşı hazırlaşmışıq”, – Kliçko bəyan edib.

 

Qeyd edək ki, münaqişənin dondurulması ideyası daha əvvəl Almaniya Sosial Demokrat Partiyasının Bundestaqdakı fraksiyasının rəhbəri Rolf Mützeniç tərəfindən irəli sürülüb. Almaniyada onun təşəbbüsü həm dəstək, həm də tənqidlə qarşılanıb.

 

Xatırladaq ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün təqribən 28 milyard avro məbləğində vəsait ayırıb və ya müvafiq öhdəliklər götürüb.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər