Ərdoğan bələdiyyə seçkisinin nəticələri ilə bağlı NƏLƏR DEDİ…
Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya qərargahında vətəndaşlara müraciət edib.
Musavat.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Prezident Ərdoğan deyib: “Millətin iradəsi seçki qutusunda təzahür edir, millət səsini sandıqla deyir, mesajını seçki qutusu ilə siyasətçilərə çatdırır. Millət seçki qutusundan istifadə edərək mesajlarını xalqa çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamızdır, milli iradəmizdir”.
“Seçki qutusunun gücünə güc qatan hər kəs qazanıb”
31 martın dönüş nöqtəsi olduğuna diqqət çəkən Ərdoğan qeyd edib ki, 31 mart bizim üçün son deyil, əslində dönüş nöqtəsidir.
“Bu gün AK Partiyaya və Cumhur İttifaqına səs verən hər kəs, o cümlədən demokratik imkanlarından istifadə edərək seçki qutusunun gücünə güc qatan hər kəs qazanıb”,- Ərdoğan deyib.
“Hər şeydə bir xeyir var”
Ərdoğan daha sonra qeyd edib: “Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim, onları qucaqladım. Nəticə budur, baş verən hər şeydə bir xeyir var. Yerli idarəetmə seçkilərinin nəticələrini açıq qiymətləndirəcəyik”.
“Biz millətin iradəsindən üstün olan heç bir gücü tanımırıq”
Hər zaman demokratiyanın və sandığın tərəfində olduqlarına diqqət çəkən prezident Ərdoğan, “Bu gün də eyni məsuliyyət hissi ilə hərəkət edirik və millətin iradəsindən üstün olan heç bir gücü tanımırıq” deyib.
“Türkiyənin qarşıda xəzinə dəyərində 4 ildən çox müddət var”