• 24 Noyabr 2024 08:52

Azərbaycanda “gey”lərin sayı niyə artıb? – Səbəbi bilindi

Son illər ölkəmizdə cinsi azlıqların syının artdığını müşahidə edirik. Bu mövzu tez-tez sosial şəbəkələrdə müzakirə olunur, müxtəlif görüntülər paylaşılır və s. 

 

Ən çox müzakirə olunan məsələ isə sözügedən görüntülərin daha çox ucqar rayonlarımızda çəkilməsidir. 

 

Bəs buna səbəb nədir? Doğurdanmı, iddia olunduğu kimi bu prosesi hansısa “gizli əl” idarə edir?

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psdixoloq Samirə Bağırova bildirib ki, bu məsələdə kənar müdaxilənin rolu böyükdür:

 

“Hər hansı “gizli əl”in olması ilə razıyam və bu “gizli əl” nəinki cinsi azlıqları idarə edir, narkomaniyanın daha geniş yayılmasını və boşanmaların çoxalmasını da idarə edir. Və bu, sürü psixologiyasıdır. İnsanları ən asan yol ilə idarə etmək və təsirə salmaq üçün sürü psixologiyasından istifadə olunur. Bu idarəçilikdə efirlərin də rolu var. Nə qədər şikayətlər olunsa da, cəmiyyətə problemi guya həll etmiş kimi göstərsələr də, nəticədə nə oldu? Proqramların saatını azaldıb, eyni aparıcılar yeni proqramlarla davam edirlər. Bu artıq açıq- aydın təbliğatdır. Bir insanın içində nə qədər nifrət olmalıdır ki, “gizli əl” olaraq xalqa qarşı belə davranmış olsun?”

 

Psixoloqun sözlərinə görə, cəmiyyətdə kamuflyaj idarəçilər var:

 

“Adətən, varlı ailələrdə xəyanətə uğrayan qadın, özünə qarşı olunmuş xəyanəti həzm edə bilmədikdə və boşana da bilmədikdə başlayır başqalarının əli ilə yavaş- yavaş xəyanət etmiş kişini çökdürməyə. Hətta bilərək övladını başlı-başına buraxır ki, pis vərdişlərin təsirinə düşsün və bunda günahkar ata olsun. Mən bu qadınlara “komuflyaj qadın” deyirəm. Cəmiyyətdə komuflyaj idarəçilər var. İnsanların başları ailə məişət problemli verilişlərə qarışmalıdır ki, maaşdan, işsizlikdən və s. şikayət edən olmasın. Çünki o verilişləri kasıb təbəqə izləyir. Bu, kasıb təbəqəni susdurmağın ən ideal yoludur. Bəzi məhsullarda qiymətlərin azacıq qalxmasını belə hiss etmirlər. İnsanlar şüursuz şəkildə “gizli əl”in yaratdığı dalğaya qoşulub bir çox hadisələri adi qəbul etmiş olurlar, hər gün duymaqla, izləməklə artıq bu onların günlük rutininə çevrilir və şüuraltına çökür. Özlərini müqayisə edərək şükr edirlər. Cinsi azlıq ucqar rayonlarda sürətlə yayılırsa, narkomaniya da şəhərimizdə artmaqdadır. Sizcə çətindirmi bunların qarşısını almaq? Təhsili gücləndirmək, narkotikin ölkəyə daxil olmasını qadağan etmək, LGBT cəmiyyətini yox etmək? Əlbəttə ki, Xeyr! Sadəcə belə lazımdır…”

Tacxeber.com

Oxşar xəbərlər