• 23 Noyabr 2024 13:04

İsraildə HƏMAS liderinin bacısı saxlanıldı.

İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbəri İsmayıl Haniyəninin bacısını saxlayıb.

 

Bu barədə “Kan” dövlət radiosu mənbələrə istinadla məlumat yayıb.

“Kan”ın təhlükəsizlik xidmətindəki mənbələri saxlanılan qadının Haniyənin bacısı 57 yaşlı Sabah Abd əl-Salam olduğunu təsdiqləyib.

Məlumata görə, o, İsraildə yaşayır və HƏMAS-la əlaqədə olmaqda şübhəli bilinir.

“Kan”ın məlumatına görə, Haniyənin digər bacısı da İsrail vətəndaşıdır və hər iki bacı ölkənin cənubundakı Tel-Şeva şəhərində yaşayır.

 

Öz növbəsində, İsrail polisinin mətbuat xidməti də Tel-Şevada keçirilən reyd barədə məlumat verib. Məlumata görə, bu reyd zamanı HƏMAS liderlərindən birinin qohumu saxlanılıb. Lakin polis saxlanılan şəxsin adını açıqlamayıb.

Bildirilib ki, axtarış zamanı təhlükəsizlik qüvvələri şübhəlinin evindən sənədlər, media materialları, telefonlar, digər tapıntılar və onun İsrail dövlətinin təhlükəsizliyinə qarşı ağır cinayətlər törətməsi ilə bağlı sübutlar tapıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər