İspaniyada kölgədə oturan turistlərdən pul alınacaq
Hər yerin öz qiyməti olacaq…
Sinoptiklərin fikrincə, qarşıdan gələn yay əvvəlkindən heç də az isti keçməyəcək.
Belə ki, bəzi populyar turizm ölkələri bundan pul qazanmaq fürsətini əldən verməmək qərarına gəliblər.
“The Olive Press” yazır ki, İspaniyanın Əndəlus muxtar vilayətinin səlahiyyətliləri restoranların günəş və ya kölgədə olan masalar üçün əlavə ödəniş tələb etmək hüququna malik olduğuna qərar verib.