• 24 Noyabr 2024 15:13

İnsan alverçiləri Rusiyaya döyüşçü ixrac edir – Hindistanlının faciəli sonu

Hindistanda yaranmış böyük insan alveri şəbəkəsi gəncləri iş vədi ilə Rusiyaya aparır, oradan isə döyüşmək üçün Ukraynaya getməyə məcbur edir.

 

Ukrayna-Rusiya müharibəsində artıq iki hindistanlı ölüb. Sosial şəbəkələrdə isə Rusiyaya gedən insanların məşəqqətli həyatını əks etdirən videolar paylaşılır.

Bütövlükdə Ukraynada indiyədək Rusiyanın döyüşlərə cəlb etdiyi ən azı 254 əcnəbi həlak olub. O da qeyd olunur ki, Rusiya altı ay döyüşərdə iştirak edən əcnəbilərə vətəndaşlıq verir.

Hindistanın cənubundakı Heydərabad şəhərində yaşayan Məhəmməd Asfan adlı şəxs də aldanaraq müharibəyə göndərilənlərdən biridir. Ölkəsində geyim mağazası olan Asfana Rusiyada hərbi hissədə köməkçi vəzifələrdən birində işləyəcəyi deyilib. 1200 dollar maaş və altı aydan sonra Rusiya vətəndaşlığı vəd edilib.

 

Qardaşı İmran mətbuata verdiyi açıqlamasında Asfanın Ukrayna sərhədindən zəng edərək pasportunun əlindən alınaraq döyüşməyə məcbur edildiyini bildirib.

İmran qardaşından iki ay boyunca xəbər ala bilməyib. Ona görə də o, Hindistanın Rusiyadakı səfirliyinə müraciət edib. Səfirlikdən isə Asfanın öldüyünü bildiriblər. O isə qardaşının nəşini tələb edir. Bildirir ki, atası və Asfanın ailəsi nigarandır. Onun iki azyaşlı övladı qalıb.

Bundan başqa daha iki hindistanlı gəncin orduda xidmət üçün Rusiyaya yollandıqları və öldükləri bildirilib.

Hindistanda isə gəncləri iş adı ilə Rusiya-Ukrayna savaşına göndərən insan qaçaqmalçılığı şəbəkəsinin olduğu üzə çıxıb. Şəbəkənin xətti ilə bu günə qədər 35 nəfər hindistanlı gənc Rusiyaya göndərilib. Rusiya ordusunda döyüşməyə razı olmayan hindistanlı gənclərin isə həbslə hədələdiyi deyilir. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər