Biz çox açıq şəkildə deyirik ki, İran və Hizbullahla müharibə etmək istəyirik. Hələ başa düşmürsüz?
Bu sözləri israilli jurnalist Eddi Kohen X hesabında yazıb.
Onun tvitinə münasibət bildirən X istifadəçiləri isə illərdir iki ölkənin bir-biri ilə sözdə müharibə etdiyini, lakin nəticədə ölənlərin ərəblər olduğunu bildirib.
Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb, İranın yüksək rütbəli 7 zabiti həyatını itirib. İranlı diplomatlarında öldüyü bildirilir. (Axar)