• 28 Noyabr 2024 02:24

Rusiyaya “ən dərin zərbə” endirildi – “Röyters”

Aprelin 2-də Ukrayna müharibə dövründən bəri Rusiya ərazisinə ən dərin zərbələrdən birini vurdu.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” yazıb.

 

“Hücumun hədəflərindən biri Tatarıstandakı TANEKO neft emalı zavodu olub. PUA cəbhə xəttindən ən azı 1200 kilometr məsafəyə uçub. Hücum nəticəsində neft emalı zavodunda yanğın baş verib. TANEKO Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biridir. Onun istehsal gücü sutkada 360 min barrel təşkil edir.

 

Bundan başqa, Ukrayna PUA-ları “Alabuqa” xüsusi sənaye kompleksi ərazisindəki “Şahid” dronlarının yığıldığı müəssisəni də vurub. Zavod ciddi xəsarət alıb”, – məlumatda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər