Fərid Qayıbov AFFA-nın konfransına qatılmadı
Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın Hesabat-Seçki konfransı keçirilib.
Tacxeber “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov konfransda iştirak etməyib. İlk dəfədir ki, gənclər və idman naziri bu tədbirə qatılmayıb.
Maraqlıdır ki, AFFA-nın İcraiyyə Komitəsində Gənclər və İdman Nazirliyini heç kim təmsil etməyəcək. Futbol federasiyasının ölkənin əsas idman qurumlarından biri olduğunu nəzərə alsaq, baş verənlər maraq doğurur.