• 27 Noyabr 2024 06:49

“Ukrayna Rusiyaya süni intellektli dronlarla hücum edir” – CNN

“Dronlar inteqrasiya olunan “maşın görməsi” sisteminə malikdir, ona görə də peyklərlə rabitəyə ehtiyacı yoxdur…”

“Belə hücumlar indiki sanksiyalara nisbətən Rusiya iqtisadiyyatına daha çox təsir edə bilər…”

 

Ukrayna süni intellektli pilotsuz uçuş aparatları ilə Rusiyanın energetika sahəsini məhv etməyə cəhd edir və bu, hələ ki, işləkdir.

Bu barədə CNN nəşri yazıb.

Məqalədə deyilir ki, Ukrayna dronları Moskva, Ryazan və işğalçı Rusiyanın iri neft emalı zavodları yerləşən digər şəhərlərinədək uğurla uçub çata bilir.

Rusiyanın hava hücumundan müdafiə sistemləri bunun öhdəsindən gələ bilmir, ona görə də hücumlar getdikcə daha uğurlu olur.

Ukrayna belə cəsarətli dronları ilə Rusiyanın nəhəng neft və qaz sənayesinə zərbələr endirir, bu sənaye Qərbin idxala və qiymət məhdudiyyətlərinə rəğmən, Moskvanın hərbi sənayesi üçün ən böyük gəlir mənbəyi olaraq qalır.

 

Bu hücumlar uzaqmənzilli və geniş imkanlara malik, bəzilərinin səmtlənməyə və maneələrdən yan keçməyə kömək məqsədilə hətta süni intellektin baza formasını inteqrasiya etməyə başlayan dronlardan istifadə edilməsi sayəsində mümkün olub, bunu Ukraynanın dronlar proqramına yaxın olan mənbə məlumat verib.

“Söndürülmə zamanı dəqiqlik süni intellektin istifadə edilməsi ilə təmin edilir. Hər bir PUA peyk və ərazi barədə məlumatları olan terminal kompüterə malikdir. Uçuşlar əvvəlcədən müttəfiqlərimizlə razılaşdırılıb, dronlar hədəfləri metrədək dəqiq vurmaq üçün uçuş planına əməl edir”, – mənbə deyib.

 

Belə dəqiqlik dronun sensoru sayəsində mümkün olub. Dronun süni intellektin forması olan “maşın görməsi” yaranıb. Dron faktiki olaraq coğrafiyanı və yönəldiyi hədəfi müəyyən etməyi bacarır. O, peyklərlə rabitə olmadan harada olduğunu müəyyən etmək qabiliyyətinə malikdir.

Britaniyanın sabiq zabiti, dron və süni intellektlə mübarizə üzrə ekspert Kris Linkoln-Cons deyib ki, “dronların intellekt səviyyəsi hələ də aşağıdır”.

“Əvvəllər dronlarda bu səviyyədə avtonomluğu olmayıb, lakin biz hələ ki, bu texnoliyanın potensialının erkən mərhələsindəyik”, – o, CNN-ə deyib.

 

Ukrayna Müdafiə Nazirlii və Təhlükəsizlik Xidməti süni intellektli dronlar barədə məlumatı şərh etməkdən imtina edib.

Nəşr yazır ki, Ukrayna dronların tam mükəmməl sənayesini yaradıb, bu da Rusiyanın işçi qüvvəsinin xeyli dərəcədə çox olması və daha yaxşı hazırlıqlı sənaye avadanlığı qarşısında texnoloji üstünlük əldə etməyə imkan verib.

Bir neçə ekspert deyib ki, Ukrayna yanacaq anbarlarına deyil, xam neftin yanacağa çevrildiyi distillyasiya qurğularına zərbələr endirib.

 

“Onların bəziləri çoxsaylı Qərb texnologiyalarını tələb edən əhəmiyyətli hədəflərdir və Rusiyaya bu texnologiyaları əldə etmək üçün xeyli çətinlik törədir”, – bunu Britaniya beyin mərkəzi, birləşmiş xidmətlər Kral institutunun analitiki Noy Silviya deyib.

Ekspertlər hesab edir ki, bu hücumlar indiki sanksiyalara nisbətən Rusiya iqtisadiyyatına daha çox təsir edə bilər.

 

Rusiyanın neft emalı zavodlarına zərbələr

Bu ilin əvvəlindən martın 18-dək dronların Rusiyanın 9 regionda 13 neft emalı zavodlarına 15 dəfə hücum edib. Martın 23-də Rusiyanın Samara vilayətində Ukrayna sərhəddindən 800 km aralıda yerləşən Kuybışev neft emalı zavodunun qurğularından birinə dronlarla hücum edilib.

“Forbes” yazıb ki, Rusiya özünün neft emalı zavodlarını qorumaq üçün aviasiya bazalarını və limanlarını qurban verməlidir.

Rusiya özünün HHM sistemlərini neft zavodlarına yaxın yerləşdirməlidir ki, bu da aviasiya bazaları, limanlar, qərərgahlar və digər hərbi obyektlərin müdafiəsini zəiflədəcək və onları asan hədəfə çevirəcək.

 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk Rusiyanın neft emalı zavodlarına zərbələrin əsl effektini açıqlayıb.

“Düşmən ərazisinə bir sıra uğurlu həmlələr həyata keçirilib. Vurğulamaq istəyirəm ki, məhz neft məhsulları ixracının hesabına Rusiya öz büdcəsini doldurur, bu, faktiki olaraq büdcənin üçdə bir hissəsi və hərbi büdcənin böyük hissəsini təşkil edir”, – o deyib.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya öz neft emalı zavodlarını Ukrayna dronlarının hücumlarından çətin ki, qoruya bilsin.

Tacxeber.com

Oxşar xəbərlər