Damarların vaxtından əvvəl qocalmasının SƏBƏBİ açıqlanıb
Uşaqlara fiziki fəaliyyət vacibdir…
Oturaq həyat tərzi keçirən uşaqlar gənc yaşda damarların zədələnməsi riski ilə üzləşirlər.
Tacxeber.com xəbər verir ki, araşdırmanın nəticələri “Acta Physiologica” jurnalında dərc olunub.
Alimlər 1339 uşağın məlumatlarını təhlil ediblər. Onların səhhətinə 11 yaşdan 24 yaşa qədər nəzarət edilib. Onlar 4-7 gün ərzində üç dəfə: 11 yaş, 15 yaş və 24 yaşda fəaliyyət ölçən cihazları bellərinə taxıblar.
Gündə altı saatdan doqquz saata qədər oturma vaxtının artırılması arterial sərtliyin artmasına səbəb olub ki, bu da yaşa bağlı dəyişikliklərin əlaməti hesab olunur. Bəzi uşaqlarda ciddi damar zədələnməsi inkişaf edib. Tədqiqatlar göstərib ki, arterial sərtliyin artması vaxtından əvvəl ölüm riskini 47% artırır.
Ancaq gündə ən azı üç saat yüngül fiziki fəaliyyətlə məşğul olan uşaqlarda qan damarları normal olub. Eyni zamanda, daha sıx fiziki fəaliyyət damarların sərtliyini bir qədər artırıb. Ancaq bu, əzələ kütləsinin artması səbəbindən damar divarının uyğunlaşması ilə əlaqələndirilib.