• 20 Sentyabr 2024 06:37

“Ukrayna Müdafiəsi üzrə Təmas Qrupu NATO-nun nəzarəti altına keçə bilər” – “Politico”

“ABŞ və digər Qərb ölkələri silah təchizatını koordinasiya edən Ukrayna Müdafiəsi üzrə Təmas Qrupunun NATO-nun nəzarəti altına keçməsi imkanlarını müzakirə edir”.

 

Bu barədə “Politico” üç avropalı və bir amerikalı məmura istinadən yazıb.

Bildirilir ki, bu, Donald Trampın prezident seçiləcəyi təqdirdə tədarükün saxlanmasına kömək edə bilər.

Rəsmilərdən birinin sözlərinə görə, Təmas Qrupunun təhvil verilməsi NATO xarici işlər nazirlərinin aprelin 3-ü və 4-də Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq və prosesin iyulda alyansın Vaşinqtonda keçiriləcək sammitinə qədər başa çatdırılması planlaşdırılır.

 

“Politico”nun digər mənbəsi qeyd edir ki, bu, digər NATO ölkələrinə təchizat prosesinə daha çox təsir göstərməyə imkan verəcək.

Nəşrin digər mənbəsi bildirib ki, Avropadan və alyansdan Kiyevə dəstəyi rəsmiləşdirmək məqsədilə qrupun NATO-nun nəzarətinə keçməsi ilə bağlı müzakirələr çox yüksək səviyyədə aparılır. Bunun səbəblərindən biri kimi o, qrupu daha davamlı etmək istəyini göstərib.

 

“Financial Times” qəzetinin məlumatına görə, NATO həmçinin Ukraynanı Trampın seçiləcəyi təqdirdə baş verə biləcək “siyasi dəyişiklik küləklərindən” qorumaq məqsədilə 100 milyard dollara qədər olan beş illik hərbi yardım paketi təqdim etmək planı hazırlayır.

Nəşrin yazdığı kimi, planı Alyansın baş katibi Yens Stoltenberq irəli sürüb.

Müdafiə Nazirliyinin sözçüsü Çarli Ditz, departamentin Təmas Qrupunun formatı və ya strukturu ilə bağlı yeni açıqlamalar verə bilməyəcəyini söyləyərək, “Politico”ya məlumatı təsdiqləməkdən imtina edib. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər