“Yanınızda ailəniz var, utanın” – “Neftçi”nin müdafiəçisi
“Neftçi”nin futbolçusu Azər Salahlının Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra azarkeşlərlə mübahisə edib.
Tacxeber.com xəbər verir ki, o, zəif oyunlarına görə komandanı və futbolçunu özünü tənqid edən azarkeşlərə irad bildirib.
A.Salahlı tribunalara yaxınlaşaraq bunları deyib: “Mən nə edim?, tək nə edə bilərəm. Yanınızda ailəniz, uşaqlarınız var. Dediyiniz sözlərdən utanmırsınız?”