O da “Təhminə” olmaq istəyirmiş…
Xalq artisti Naibə Allahverdiyeva arzusunda olduğu obrazdan danışıb.
Tacxeber.com olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” proqramında açıqlama verib.
Aktrisa deyib ki, “Təhminə” filmində Meral Konratın canlandırdığı Təhminə rolunu oynamaq istəyib:
“Çox istəyərdim “Təhminə” filmində Təhminəni oynayım. O rolu çox istəyərdim. İndi də oynayaram. Çünki arzum olub. Yəqin həyatı ilə bağlı yaxınlıq avr. Qadınlar emosional olurlar. Allah qadını sevgi ilə yaradıb. 80 yaşında ruhu sönmüş bir qadına belə “çox gözəlsən” desən, bir anın içində dəyişir. Gözünün içinə parlaqlıq qayıdır, özünü çox gözəl, cavan hiss edir.
Qadın gözəllik simvoludur, dünyanın ətridir. Həm də sevgi acıdır. O da Təhminə obrazında var. Yəqin ki, ona görə aktrisalar o obrazı canlandırmaq istəyirlər. Həmin obrazı oynamaq üçün zəngin material var. Həm sevgi, həm də ayrılıq əks olunub. Qadınlar da melonxonik olurlar”.
Qeyd edək ki, bir müddət öncə Əməkdar artist Mehriban Xanlarova həmin obrazın təklifinin birinci ona gəldiyini, hətta Xalq artisti Fəxrəddin Manafovla məşqlər etdiyini, lakin sonradan Konratın seçildiyini açıqlayıb.