• 24 Noyabr 2024 05:20

Deputat yeni müharibənin anonsunu verdi

“Brüssel görüşü regionda sülhün, əmin-amanlığın təmin edilməsinə deyil, münaqişənin yenidən qızışdırılmasına, yeni müharibəyə hesablanıb. Bu, bilavasitə Azərbaycanın suverenliyinə təhdiddir”. 

 

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

 

Onun sözlərinə görə, torpaqlarımız işğal altında olduğu vaxtlarda Avropa İttifaqı, eləcə də ABŞ Azərbaycanı dəstəkləmədi. Əksinə, ölkəmiz ABŞ Konqresinin 907-ci düzəlişi ilə ayrı-seçkiliyə məruz qaldı:

 

“Avropa İttifaqı, ABŞ-ın və Ermənistanın səyləri Cənubi Qafqazda sülhün yaradılmasına deyil, bilavasitə təcavüzkar dövləti böhran vəziyyətindən çıxarmağa, Rusiyanın regiondan kənarlaşdırılmasına, İranın təsir altına alınmasına, Azərbaycan üçün gələcək təhlükənin meydana çıxmasına yönəldilib. Paşinyan hökuməti həmin təhlükəli şəraiti yaratmaqla, ilk növbədə, Ermənistanı risk qarşısında qoyur. Ermənistanda müharibəyə yeni çağırışlar, ölkənin silahlandırılması gələcək üçün yaxşı heç nə vəd etmir. Çünki Rusiya heç vaxt Ermənistana xəyanətkar hərəkətlərini sonadək davam etdirməyə yol verməyəcək”.

 

Millət vəkili vurğulayıb ki, sözügedən görüş Azərbaycana təsir vasitəsi rolunu oynayır:

 

“Bu görüş ölkəmizi Rusiya ilə münasibətlərdə geriyə doğru addım atmağa məcbur etmək xarakteri daşıyır. Ancaq Azərbaycanı heç nəyə məcbur edə bilməzlər”.

Tacxeber.com

Oxşar xəbərlər