• 27 Noyabr 2024 15:28

Türkiyədə 8 İsrail casusu tutuldu

Türkiyə polisi və kəşfiyyatçıları şəxslər və şirkətlər haqqında məlumat toplayıb İsrail kəşfiyyat xidmətlərinə ötürən 8 nəfəri saxlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

 

Nazir əməliyyatın Təhlükəsizlik Baş İdarəsi, Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Terrorla Mübarizə İdarəsi və Baş Prokurorluğun müvafiq idarələri tərəfindən birgə həyata keçirildiyini izah edib.

 

“Araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxslər İsrail kəşfiyyatının nümayəndələri ilə görüşlər keçirib, Türkiyədə İsrail kəşfiyyatının [maraqlanan] obyekti olan şəxslər və şirkətlər haqqında məlumat toplayıblar. Onların topladıqları məlumat və sənədləri İsrail kəşfiyyat xidmətlərinə təhvil verdikləri müəyyən edilib”, – deyə Yerlikaya qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər