• 22 Noyabr 2024 13:16

Ağcaqanadları evinizdən didərgin salacaq asan üsul

Ağcaqanad pestisidləri tənəffüs orqanlarının sağlamlığına son dərəcə zərərlidir. Buna görə də onlara qarşı təbii tədbirlər görmək daha yaxşı olardı.

 

Bu barədə türkiyəli mütəxəssislər bildiriblər.

 

Ekspertlərin sözlərinə görə, problemin ən sağlam həll yollarından biri efir yağlarıdır.

 

“Limon, portağal, qızılgül və lavanda kimi təbii yağların istifadəsi ağcaqanadların qaçmasına səbəb olur. Yayılan xoş qoxu ağcaqanadların qavrayış reseptorlarını zədələyir və onların qaçmalarını təmin edir. Təbii yağları evin müəyyən hissələrinə, xüsusən də pəncərə və qapıların ətrafına sürtmək məsləhətdir”, – deyə mütəxəssislər vurğulayıblar.

 

Bundan başqa təbii yağları su ilə qarışdıraraq sprey şüşəsində otaq qoxusu kimi istifadə etmək də yaxşı nəticə verir.

 

“Həmçinin bədənə təbii yağlar sürtməklə həm dərinizi qidalandıra, həm də özünüzü ağcaqanadlardan qoruya bilərsiniz”, – deyə mütəxəssislər vurğulayıblar.

Mənbə: Haber Global

Tacxeber.com

Oxşar xəbərlər