• 22 Noyabr 2024 13:51

Bu kənddə demək olar hər kəs böyrəyini satıb – FOTOLAR

 

Nepalın Hokse kəndində demək olar ki, hər kəs böyrəyini satıb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Katmandu və Lukla şəhərləri arasında yerləşən kənddə çox sayda insan pul qarşılığında bu addımı atıb. Hətta buna görə Hokseni “böyrək kəndi” də adlandırırlar.

Tədqiqatçılar təsdiq ediblər ki, kənddə hər bir yetkin insan öz böyrəyindən birini pula satıb.

Kənd sakinləri böyük ödəniş vədləri ilə aldadılıb və onlara sağlamlıq riskləri, hətta böyrəklərinin yenidən böyüyəcəyi barədə yalanlar danışılıb.

2015-ci ildə aparılan araşdırmaya görə, eyni kənddə 300-dən çox insanın böyrəklərini 160 min funt sterlinqə satıb.

Məlum olub ki, orqan dəllalları insanlardan aldıqları böyrəyi donora ödənilən məbləğdən 6 dəfə baha satırlar.

Böyrək satmağın həyati təhlükəsini öyrənən bəzi kəndlilər sonradan imtina etsələr də, buna məcbur edildiklərini, hətta qaçırıldıqlarını deyib.

Hesabatlar göstərir ki, böyrəyini satan kəndlilər bu ölkədə qızmar istidə və sərt şəraitdə işlədikləri üçün böyrək çatışmazlığına qarşı xüsusilə həssasdırlar.

Tacxeber.com

Oxşar xəbərlər