• 23 Noyabr 2024 00:48

ABŞ-da qaradərili vətəndaşların hüquqlarının müdafiəcisi Martin Lüter Kinqindən maraqlı hadisə

ABŞ-da qaradərili vətəndaşların hüquqlarının müdafiəcisi Martin Lüter Kinqin dünən anım günüdü idi.

 

Bir dəfə Kinqi 178 dollar cəriməyə, onu ödəmədiyi halda isə 45 gün həbsə məhkum edirlər. Kinq də prinsip olaraq cərimə ödəməkdən imtina edir, həbs olunur. Naməlum bir şəxs Kinqin əvəzinə cəriməni ödəyir. Lakin Martini azad etməyə gələrkən cərimənin ödənməsi ilə razılaşmır, kameranı tərk etməkdən imtina edir. Polis onu zorla həbsxanadan bayıra atır.

Ertəsi gün Kinq jurnalistlərə deyir: Bugünə qədər bizi çox yerdən qovmuşdular – avtobusdan, xəstəxanadan, məktəbdən. Amma ilk dəfədir ki, həbsxanadan qovurlar.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər