• 24 Noyabr 2024 15:32

Baş terrorçudan müharibə mesajı: “Qaçılmazdır, İran cavab verəcək”

“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah İranın Suriyadakı konsulluğuna hücumun ötən ilin oktyabr ayından bəri baş verən hadisələrdə dönüş nöqtəsi olduğunu deyib.

 

Nəsrullah təşkilatın hələ də İsrailə qarşı istifadə etmədiyi silah və qüvvələrə malik olduğunu iddia edib.

Baş terrorçu İranın İsrailə cavab verməsinin qaçılmaz olduğunu da bildirib.

Aprelin 1-də İsrail ordusu İranın paytaxt Dəməşqdəki konsulluğuna hava zərbələri endirib. 13 nəfərin həyatını itirdiyi hücumunda ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən briqada generalı Məhəmməd Rza Zahedi, daha bir general və 5 yüksək vəzifəli hərbçinin olduğu açıqlanıb.

İran hücuma “sərt cavab” verəcəyinia çıqlayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər