• 24 Noyabr 2024 23:03

Kamalə Ağazadə coşdu: Hər ikisi cəzalanmalıdır – Video

“Hələ də ayırd edə bilmirəm, uşaq kimindir? İstər Təranə olsun, istərsə də Qumral, hər ikisi məsuliyyətsizliyə görə cəzalanmalıdır”.

 

Tacxeber.com qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

 

O, müğənni Təranə Qumral və Musa Musayevin məclisdə yeni doğulan körpəni atıb-tutmaları ilə bağlı videogörüntüdən danışarkən bildirib:

 

“Əgər bu uşağın gələcəyini düşünürlərsə, onu futbol topu kimi oynatmasınlar. Baxış, reytinq yığmaq üçün övladlarının taleyi ilə oynayırlar.Videolara baxıram, amma hələ anlaya bilmirəm ki, bu uşaqları şou alətinə çevirməyin məqsədi nədir? Dünyaya uşaq gətirmisiniz, çox gözəl, sevinc hisidir, xöşbəxtlikdir. Bu uşağın sabahkı gələcəyini, onun səhhətinə vurduğunuz ziyanı heçmi düşünmürsünüz? Güclü səs gücləndiricilərin altında bu uşağın nə işi? O, alır buna verir, bu alır onun üstünə atır”.

Tacxeber.com

Oxşar xəbərlər