“Başa düşmürəm, daha hara qədər alçaldıla bilərik” – Rusiyalı idmançılardan ETİRAZ
Rusiyanın Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner rusiyalı idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edib-etməməsi ilə bağlı məşqçilər şurasının toplanmasını istəyib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Viner bunu rusiyalı idmançıları Parisdə xoş qarşılanmayacağı ilə izah edib: “Onlar artıq yüz dəfə bizə başa salıblar ki, orada xoş qarşılanmayacağıq. Mən başa düşmürəm ki, daha hara qədər alçaldıla bilərik”.
Bundan öncə Vinerin Olimpiya Oyunların neytral statusla iştirak etmək istəyən rusiyalı idmançıları “bomjlar komandası” adlandırması etiraz doğurmuşdu.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rusiyalı idmançılar və müvafiq federasiyalar Parisdəki Olimpiya Oyunların iştirak barədə qərarı özləri qəbul edirlər.
İdman naziri Oleq Matıtsin isə beynəlxalq arenada çıxış edən rusiyalı idmançılara qarşı ittiham xarakterli ritorikanın yolverilməzliyini vurğulayıb.
Qeyd edək ki, bəzi idman növləri, xüsusən də bədii gimnastika, avarçəkmə, oxatma və boks üzrə rusiyalı idmançılar Parisdəki oyunlarda neytral statusda yarışmaqdan imtina ediblər.