• 24 Noyabr 2024 10:55

“Ölü çıxan evdə yemək bişirmək olmaz” – Deputat

Yas mərasimlərində gələn qonaqlara süfrə açmaq artıq uzun zamandan bəri Azərbaycanda adət-ənənə halını alıb. Bu isə bir çox din xadimlərinin və ilahiyyatçıların tez-tez müzakirə etdiyi bir məsələdir. Bəzi yerlərdə bu qadağan olunsa da, paytaxt daxil olmaqla bir çox bölgə sakinləri hələ də dünyasını dəyişən yaxınları üçün mərasim keçirəndə süfrə açır. Hətta elə şəxslər var ki, yas məclislərini təmtəraqlı mərasim halına gətirirlər. Belə davranışlar isə cəmiyyətdə birmənalı qarşılanmır.

 

Tacxeber.com xəbər verir ki, Milli Məclisin deputatı, ilahiyyatçı-alim Ceyhun Məmmədov sözügedən mövzu ilə bağlı maraqlı fikir səsləndirib:

 

“Dinimizə görə, dünyasını dəyişən insanın evində yemək bişməli deyil. Bununla bağlı peyğəmbərin hədisi var. Sizin doğmanız dünyasını dəyişib, kədərlisiniz, doğma insanınızı yola salırsınız. Amma sizi nə ilə məşğul edirlər? Qab al, çörək al, xurma al… Yəni mənim ölüm qalıb ortada, gedirəm yas üçün yer axtarıram, bəzən imkanım olmasa da bazarlıq edirəm”.

Deputat bildirib ki, dünyasını dəyişən adamın yaxını belə məsələlər barədə düşünməməlidir:

 

“Əslində dinimizə görə, dünyasını dəyişən adamın yaxınına qonşular, qohumlar yemək bişirib verməlidir ki, bu adamın başı yasına qarışıb. Amma bizdə necədir? Yaxınımız dünyasını dəyişən kimi fikirləşirik ki, necə edək ki, yemək yaxşı olsun, qab, su, düyü bahalı olsun. Bunun heç bir dini əsası yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər