Netanyahu: “Girovlar azad edilmədən Qəzzada atəşkəs olmayacaq”
İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.
Tacxeber.com APA-ya istinadən bildirir ki, Netanyahu bu barədə yəhudi dövlətinin həftəlik hökumət iclasında deyib.
“Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir” – Netanyahu bildirib.