• 23 Noyabr 2024 00:02

İlon Mask Marsa 1 milyon insan göndərəcək

“SpaceX”in rəhbəri İlon Mask təqdimat keçirib.

 

Tacxeber.com xəbər verir ki, milyarder “SpaceX”in gələcəyi ilə bağlı fikirlərini, həmçinin Marsın kolonizasiyası ilə bağlı təxmini planını bölüşüb.

 

Onun sözlərinə görə, nəhəng “Starship 3” raketi Marsın kolonizasiyası üçün baza rolunu oynayacaq.O, yeni nəsil “Raptor” mühərriki ilə təchiz edilib və onun sayəsində raket bortunda 200 tona qədər yük daşıya biləcək.

 

Mask “Starship 3″ün nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bunun şirkətə çox az məbləğə başa gələcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər “Falcon 1″in buraxılışı indi 10 milyon dollara başa gəlirsə, “Starship 3″ün qiyməti 2-3 milyon dollar olacaq.

 

“Bunlar demək olar ki, ağlasığmaz rəqəmlərdir. Heç kim bunun mümkün olacağını düşünmürdü. Üstəlik, qarşıya qoyulan məqsədə çatmaq üçün fizika qanunlarını heç pozmağa da ehtiyac qalmayacaq”, – deyə Mask qeyd edib.

 

Bundan əlavə, “SpaceX” rəhbəri əlavə edib ki, onun şirkətinə Marsın tədqiqi təxminən 20 ilə başa gələcək. Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.

 

Mask gəmilərin təxminən iki ildən bir Marsa getməsini istəyir. Bu qanunauyğunluq müstəmləkəçilərə təkcə müntəzəm resurs tədarükü ilə deyil, həm də Yerə qayıtmaq imkanı verəcək. Eyni zamanda, milyarder hesab edir ki, yeni “yaradılan” marslıların əksəriyyəti bir müddət öz planetlərinə qayıda bilməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər