• 24 Noyabr 2024 05:24

Cahangir Əsgərov bu vəzifəsindən də azad edildi 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq sədri Cahangir Əsgərov daha bir vəzifədən azad edilib. 

 

Modern.az saytı xəbər verir ki, bir neçə ildir ki, Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutan C.Əsgərov bu yaxınlarda təhsil ocağındakı vəzifəsini itirib.

 

Cahangir Əsgərovun adı Milli Aviasiya Akademiyasının saytından da çıxarılıb. Belə ki, saytda hazırda Avianəqliyyat istehsalatı kafedrasının müdirinin texnika üzrə fəlsəfə doktoru, dosent Elman Nəcəfov olduğu bildirilib.

 

Qeyd edək ki, bu kafedranın daxil olduğu Nəqliyyat texnologiyaları fakültəsinin dekanı vəzifəsini Nazim Nağıyev icra edir. N.Nağıyev Bakının Səbail və Binəqədi rayonlarının sabiq polis rəisi işləyib, istefada olan polkovnikdir.

 

AZAL-ın keçmiş sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına 2023-cü sentyabrın 1-də son qoyulub. O, ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.

 

Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-sədri idi. 27 il AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.

 

AZAL-ın təyyarələri ilə uçan sərnişinlər daim bu şirkətin təyyarələrində biletlərin baha satılmasından şikayətlənib.

Tacxeber.com

Oxşar xəbərlər