• 24 Noyabr 2024 02:35

Ukrayna yaddan çıxacaq, elə dəhşət olacaq ki… – Dedikləri düz çıxan “kahin”dən QORXUNC PROQNOZ

Rusiya tarixinin ən qalmaqallı siyasətçisi Vladimir Jirinovski iki il əvvəl, 6 aprel 2022-ci ildə ölməsinə baxmayaraq, davamlı olaraq mediada onunla bağlı xəbərlərə rast gəlinir. Xüsusən də onun zamanında dünyada baş verən proseslərlə bağlı verdiyi proqnozlar müzakirə edilir.

 

Onun Ukrayna, Ermənistan və Yaxın Şərqdəki münaqişələri, Qazaxıstandakı gərginliklə və bir çox başqa hadisələrlə bağlı verdiyi proqnozlar özünü doğrultmaqdadır.

 

Tacxeber.com xəbər verir ki, rus mediası Jirinovskinin “kahin”liyinə görə, 2024 və 2025-ci illərdə Rusiyanı və dünyanı nəyin gözləməsi ilə bağlı “kahin”liyi ilə bağlı yazı dərc olunub.

 

Yaxın Şərqdə münaqişə

Jirinovskinin dediyinə görə, ən dramatik və qanlı hadisələr Yaxın Şərqdə baş verəcək. O, 2019-cu ildə bunun mümkün nəticələri barədə xəbərdarlıq edib. 2023-cü ilin oktyabrında HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə soxularaq musiqi festivalına silahlı basqın edib, burada yüzlərlə ziyarətçini girov götürüblər.

 

Jirinovskinin sözlərinə görə, Yaxın Şərqdə münaqişə o həddə kəskinləşəcək ki, Ukraynadakı vəziyyət ikinci plana keçəcək.

 

“Biz Yaxın Şərqdəki vəziyyəti nəzərə almalıyıq. 2024-cü ilə qədər orada elə hadisələr baş verəcək ki, hamı Ukraynanın nə olduğunu tamamilə unudacaq. Ən dəhşətli hadisələr burada baş verəcək”, – Jirinovski qeyd edib.

 

Jirinovski İran və digər ölkələrin münaqişənin iştirakçısına çevrilə biləcəyini istisna etməyib. O hətta bunun Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyi ilə bağlı ehtimalını da səsləndirib.

 

Ukraynadakı hərbi əməliyyat

2019-cu ildə Vladimir Jirinovski bəyan edib ki, Volodimir Zelenskinin qalib gəldiyi prezident seçkisi Ukrayna üçün sonuncu olacaq.

 

O qeyd edib ki, Ukrayna ərazilərinin bir hissəsini itirəcək. Krımdan sonra Xerson, Nikolayev, Zaporojye, Luqansk, Dnepropetrovsk, Xarkov, Odessanın Rusiyanın tərkibinə qatılacağı barədə proqnoz verib.

 

Eyni zamanda Ukraynanın qərb bölgəsinin bir hissəsinin Polşanın ərazisinə qatılacağını qeyd edib.

 

2024-cü il ABŞ-dəki prezident seçkiləri

Ölümündən bir neçə ay əvvəl Jirinovski Amerikada seçkilərin olmayacağını proqnozlaşdırıb. Bunu ABŞ-nin SSRİ kimi dağılacağı ilə izah edib.

 

2024-cü ildə Rusiyada prezident seçkiləri

2020-ci ilin sonunda Jirinovski 2024-cü ildə Rusiyada keçiriləcək seçkilərlə bağlı da proqnoz verib. O, ölkənin hazırkı prezidenti Vladimir Putinin dövlət başçısı postuna namizədliyini irəli sürəcəyini, lakin qərarını 2023-cü ilin sonundan tez elan edəcəyini bildirib. Və belə oldu – Vladimir Putin qərarını 2023-cü ilin dekabrında elan etdi.

 

Jirinovski Putinin seçkilərə qatılmadığı təqdirdə nələrin baş verəcəyi ilə bağlı da proqnoz verib.

 

“Kremldən tamamilə yeni bir adam peyda olacaq”, – Jirinovski qeyd edib.

Qazaxıstanda vəziyyətin kəskinləşməsi

Siyasətçinin reallaşan proqnozlarından biri də Qazaxıstanda vəziyyətin gərginləşməsi ilə bağlı olub.  O bununla əlaqədar 2021-ci ilin iyulunda proqnoz verib. Həqiqətən də, çox keçmədən 2022-ci ilin əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verdi.

 

Ermənistanda hərbi çevriliş

2021-ci ilin əvvəlində Jirinovski bildirib ki, Cənubi Qafqazda, xüsusən də Ermənistanda böyük təlatümlər baş verəcək. Onun fikrincə, Ermənistanda hərbi çevriliş olacaq və ölkə yeni siyasi rejim yaranacaq. Çevriliş nəticəsində baş naziri Nikol Paşinyan ya xaricə qaçacaq, ya da Amerika səfirliyində gizlənəcək.

 

Rus dünyasının birləşməsi

Jirinovskinin proqnozlarına görə, 2025-ci ildə ən geci isə 2024-cü ilədək SSRİ sərhədləri daxilində və maksimum 2040-cı ildə Slavyan dünyasının sərhədləri daxilində Rusiyanın birləşməsi baş verəcək.

 

Jirinovski Rus Dünyası haqqında bir neçə dəfə danışaraq deyib ki, uşaqlar ingilis dilini deyil, Kalaşnikov avtomatı ilə daha yaxşı davranmağa çağırıb.

 

“Uşaqları ingilis dilini öyrənməyə məcbur etməyə ehtiyac yoxdur. Kalaşnikov avtomatını daha yaxşı öyrənsinlər. Onda tezliklə bütün dünya rus dilində danışacaq”, – Jirinovski qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər