• 20 Sentyabr 2024 10:32

“Ayın ən təmiz otağı”na ayaqqabı ilə girdilər – Foto

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) sosial şəbəkə hesabında paylaşılan post müzakirələrə səbəb olub.

 

Universitetin feysbuk səhifəsində paylaşılan post ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə həsr olunub.

Belə ki, “Ayın ən təmiz otağı”na ADAU THİK-in təyin etdiyi komissiya üzvlərinin ayaqqabı ilə daxil olması istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

 

Əksəriyyət otaqlara ayaqqabı ilə daxil olmağın düzgün olmadığını, bəziləri isə baxıl geyinilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri – I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər