• 24 Noyabr 2024 01:47

Azərbaycanda bank kredit götürmək istəyən deputata imtina cavabı verib.

Azərbaycanda bank kredit götürmək istəyən Milli Məclisin deputatı Tahir Kərimliyə imtina cavabı verib.

 

Bu barədə “Azərbaycan Reallığı”na deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 9 il əvvəl ilk dəfə deputat seçilən zaman hətta ən yüksək faizlə də olsa, kredit götürmək istəyib. Lakin bank ona kredit verməkdən imtina edib.

Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankından 20 min manat civarında kredit götürdüyünü söyləyən deputat cəmi iki il ərzində bunu tam ödədiyini bildirib.

 

O, hazırda da banklardan birinə kredit borcunun olduğunu vurğulayıb: “Başqaları kimi mən də yüksək faizlə kredit ödəyirəm. Ailə üzvlərim də kredit içindədir. Ümumiyyətlə, mən inana bilmirəm ki, ölkəmizdə kredit götürməyən ailə var. Kredit bu gün ən böyük müstəmləkə sistemidir. Niyə görə bunu deyirəm? Banklar özləri də Mərkəzi Bankdan, Valyuta Fondundan, dünya banklarından və digər beynəlxalq kredit təşkilatlarından kredit götürürlər. Onlar da bu zaman həmin kredit götürdükləri təşkilatlara faiz verməyə məcbur olurlar. Beləliklə, dünyada sanki bir sümürgə sistemi yaranıb. Banklar vasitəsilə dünya əhalisinin soyulması prosesi gedir. Ona görə də əslində bu, qlobal problemdir. Amma yenə də bəzi dövlətlər faiz uçot dərəcəsini aşağı endirirlər. Bizdə də bu prosesə başlamaq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər