• 24 Noyabr 2024 10:30

“Sevgiyə görə sənətdən getdim” – Xalq artisti

Xalq artisti Faiq Ağayev sənətinə xəyanət etməyindən danışıb.

 

Tacxeber.com olay-a istinadla xəbər verir ki, ifaçı sevgiyə görə sənətdən getdiyini deyib.

 

Bu barədə o, “Qapqara” yutub layihəsində söz açıb:

 

“Mən bir ara sənətə xəyanət etdim. Sevgiyə görə səhnədən getdim. Bir il iki ay Moskvada yaşadım. Bunun səbəbi “Milyonların sevgisi sənə məndən daha artıqdır” kəlməsi idi. Məndən də nəsə əldə etmək istəyirsinizsə, deyin ki, bacarmazsan. Dedim, hə, yaxşı, getdim. Özüm üçün də, onun üçün də maraqsızlaşdım. Başa düşdüm ki, sənət və məhəbbət bir yerdə olmalıdır. Ayrı-ayrı çətindir. Məhəbbətsiz sənətdə yaşamaq olur, amma sənətsiz məhəbbət yaşamaq çətindir mənə”.

Tacxeber.com

Oxşar xəbərlər