• 21 Sentyabr 2024 08:27

İrana son xəbərdarlıq: “Hərbi əməliyyat başlaya bilər”

İsrail İranla müharibə istəmir, amma ölkəmizə birbaşa zərbələr endirilsə, hərbi əməliyyatlara əl atmalı olacağıq.

 

Bunu İsrail xarici işlər naziri İsrael Katz deyib.

“İranla müharibə istəmirik, amma birbaşa hücuma məruz qalsaq, cavab verəcəyik”, – nazir İranın Suriyadakı konsulluğuna hava hücumuna görə Təl-Əvivin məsuliyyəti öz üzərinə götürmədiyini xatırladıb.

Katzın fikrincə, İranın yaratdığı təhlükə Qərbdə düzgün başa düşülmür.

 

Onun sözlərinə görə, indiyədək İsrail “Hizbullah” və husilərin hava zərbələrinə məhdud cavablar verib:

“Amma məsələn, Dəməşqin qisası kimi Livandan Təl-Əvivə raketlər uçsa, İsrail təyyarələri, hətta canlı qüvvələrini də ona qarşı yönəldəcək.

“Hizbullah”ın raketlərinə görə minlərlə israillini təxliyə etməliyik. Əgər onlar BMT-nin 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi, Əl-Litani çayından kənara çıxmasalar, biz də Beyruta qarşı müharibəyə başlamalı olacağıq. Bunu istəmirik, ABŞ, Fransa, İtaliya və o zonada qoşunları olan digər ölkələrin dəstəyi ilə danışıqlar yolu ilə getməyə üstünlük veririk”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər