• 24 Noyabr 2024 15:27

Ukrayna Rusiyanın Baltik Donanması gəmisinə qarşı uğurlu diversiya həyata keçirib

“Ukrayna qoşunları indiyədək Rusiyanın Krımda və ya Krasnodar diyarında olan bütün hərbi gəmilərinin üçdə bir hissəsini batırıb və ya sıradan çıxarıb…”

 

Putin Qara dəniz Donanması və Hərbi-Dəniz Donanması komandanlarını istefaya göndərib

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi Rusiyanın Kalininqrad vilayətində həyata keçirdiyi uğurlu diversiya əməliyyatı barədə məlumat verib.

 

Bu barədə “moscowtimes.ru” nəşri yazıb.

Məlumatda deyilir ki, aprelin 7-də ukraynalı kəşfiyyatçılar Baltiysk şəhərində hərbi-dəniz bazasının ərazisində olan “Serpuxov” kiçik raket gəmisində yanğın törətməyə nail olub.

Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, yanğın nəticəsində hərbi gəminin bütün rabitə və avtomatlaşdırma vasitələri məhv edilib.

“Serpuxov” raket gəmisinin döyüş qabiliyyətinin bərpasına uzun zaman tələb olunacaq”, – ukraynalı mütəxəssislər iddia edib.

“Serpuxov” 21631 “Buyan-M” layihəsi seriyasından olan raket gəmisidir. Bu seriyadan beşinci olan bu gəmi 2015-ci ildə istismara verilib.

 

2023-cü ilin dekabr ayına olan məlumata görə, Rusiyada bu layihədən olan 11 gəmi istismara verilib. Daha bir gəmi inşa edilməkdədir.

Bu layihənin hər bir gəmisi səkkiz “Oniks” qanadlı raketin buraxılışı üçün qurğu ilə təchiz edilib.

Perspektivdə yerüstü hədəflərə 1500-2000 km-dək zərbələr endirməyə imkan verən “Sirkon” və “Kalibr” raketlərinin tətbiq edilməsi gözlənilir.

Gəmiəleyhinə “Kalibr”raketləri 500 km məsafəyədək dəniz hədəflərini vura bilir.

“Serpuxov” əvvəlcə Rusiyanın Qara dəniz Donanmasına aid olub və Sevastopolda yerləşib, sonradan Baltik Donanmasına verilib.

 

Bu, Ukrayna MN Baş Kəşfiyyat İdarəsinin Baltik dənizində ilk əməliyyatıdır. Bundan öncə Rusiyanın Qara dəniz Donanmasının gəmiləri Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.

Bəzi dəyərləndirilmələrə ğörə, indiyədək Ukrayna qoşunları tərəfindən Rusiyanın Krımda və ya Krasnodar diyarında olan bütün hərbi gəmilərinin üçdə bir hissəsi batırılıb və ya sıradan çıxarılıb. Söhbət təxminən 20 gəmidən gedir.

Xatırladaq ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Qara dəniz Donanması Komandanını dəyişib, bu vəzifəyə Viktor Sokolovun əvəzinə vitse-admiral Sergey Pinçuk təyin edilib.

Bir aydan sonra bəlli olub ki, dövlət başçısı Rusiya Hərbi-Dəniz Donanmasının Baş Komandanı admiral Nikolay Yevmenovu istefaya göndərib. Onu admiral Aleksandr Moiseyev əvəzləyib.

Aleksandr Moiseyev Kalininqrad vilayətində anadan olub, 2011-ci ildə strateji sualtı gəmisindən uğurlu raket buraxılışlarına görə Rusiya Qəhrəmanı adına layiq görülüb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər