• 23 Noyabr 2024 21:15

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən sərhəd təxribatı barədə açıqlama

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün şərti sərhədlərdə törədilən təxribat, baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

 

“Yeni Sabah” bu barədə erməni mediasına istinadən bildirir. Məlumatda deyilir ki, hadisə Ermənistan-Azərbaycan sərhədinin Xndzoresk hissəsində baş verib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bildirdiyinə görə, guya erməni çoban itmiş sürüsünü axtararkən Azərbaycan ərazisinə keşib. “Hər iki tərəfdən sərhədçilər atəş açıb, insident nəticəsində Azərbaycan tərəfdən bir nəfər yaralanıb. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları azərbaycanlı həmkarları ilə birgə təhqiqata hazırdır, lakin onlar da öz araşdırmalarını aparırlar və nəticələri əlavə olaraq bildiriləcək”, məlumatda deyilir. Əlavə olunub ki, Azərbaycan tərəfi sürünü qaytarıb, çoban da Ermənistan ərazisindədir.

 

Qeyd edək ki, təxribat nəticəsində zabit rütbəli sərhədçimiz yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər