• 21 Sentyabr 2024 12:47

Bu gün Avroliqada və Konfrans Liqasısında 1/4 final başlayır.

Tacxeber.com xəbər verir ki, oyunların hamısı eyni gündə keçiriləcək.

 

Avroliqanın 1/8 finalında “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Bayer” evdə “Vest Hem”lə üz-üzə gələcək. Xabi Alonsonun baş məşqçilik etdiyi Leverkuzen təmsilçisi 41 oyundur ki, uduzmur.

Həmçinin “Liverpul” “Atalanta”nı, “Milan” “Roma”nı, “Benfika” “Marsel”i qəbul edəcək.

 

UEFA Avropa Liqası, 1/4 final mərhələsi, ilk oyunlar:

11 aprel

23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya)

23:00. “Bayer” (Almaniya) – “Vest Hem” (İngiltərə)

23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

 

Eyni zamanda bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları da keçiriləcək.

Tacxeber.com xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.

 

“Aston Villa” “Lill”i, “Brügge” PAOK-u, “Viktoriya” “Fiorentina”nı qəbul edəcək.

Bu mərhələnin cavab matçları aprelin 18-də keçiriləcək.

 

Konfrans Liqası, 1/4 final mərhələsi, ilk ouyunlar:

11 aprel

20:45. “Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)

20:45. “Viktroiya” (Çexiya) – “Fiorentina” (İtaliya)

23:00. “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)

23:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan)

Tacxeber.com

Oxşar xəbərlər