“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” – VİDEO
Müğənni Mətanət Əsədova “YouTube”da yayımlanan “Mirinin dibçəyi” verilişində zooparka gedərək heyvanlara danışdığını deyib.
Tacxeber.com bizim.media-ya istinadla xəbər verir ki, o, 2 saat qəfəs sakinləri ilə dərdləşdiyini etiraf edib:
“Bu həyatda anamdan başqa heç kimə etibar etmirdim. Bir sözüm, dərdim, sevincim olanda və kimsə üstümə gələndə anamın məzarının üstünə gedib, ziyarət edirəm. Başımı torpağa qoyub onunla danışıram. Bu yaxınlarda zooparka getdim. Orada 2 saat oturub, heyvanlarla dərdləşdim. Dünyada 2 aləm var. Biri insanlar biri də heyvanlar aləmi…”